Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 09:45:57
Tələbəni maşın vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azedu.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mikrorayon adlanan ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.