"Bütün bağça müəllimlərinin təlimdən keçməsi nəzərdə tutulur".
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib:
"Müəllimlər istəklidir, amma uşaqlara bu bacarığın necə verməli olduğumu bilmir və təlimə ehtiyacları var. Ötən ilin noyabr-dekabr aylarında 3000 tərbiyəçi təlimə cəlb olunub. 2023-cü ildə də yenə 3000 tərbiyəçinin təlimə cəlb olunması nəzərdə tutulur. Təlim çərçivəsində tədris proqramı, uşaqlarla bağlı sosial-psixoloji məsələlərin nəzərə alınması, valideynlə iş kimi mövzularda biliklər verilir.
Bu layihəni biz daim davam etdirməyi planlaşdırırıq. 2026-cı ildə 17 min tərbiyəçinin hamısının minimum bir dəfə təlimdən keçməsini nəzərdə tutmuşuq. Müəllimlərin tədris prosesindəki problemin digər bir səbəbi də resusrlarda qıtlıq olmasıdır. Bu məsələnin həlli yolu üçün 2022-ci ilin son rübündə 179 bağçada öyrənmə guşələri yaradılıb. Guşələr Bakı, Gəncə, Sumqayıt, Göygöl bölgələrini əhatə edib. Biz çalışmışıq o bağçaları seçək ki, onların resursa ehtiyacı olsun. Həmin bağçadakı müəllimlərə əlavə məlumatlar da verilib".
kitabı