Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 16:37:00
Uşaqlarla bağlı pozuntulara yol verən mediatorlar cərimələnəcək

Uşaqlarla bağlı pozuntulara yol verən mediatorları yerli icra hakimiyyəti orqanı cərimələyəcək.

 

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

 

İnzibati Xətalar Məcəlləsinin 602-2.5-ci maddəsinə görə, mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar (və ya belə halların yaranma ehtimalı olduğu) barədə məlumatların, həmçinin uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə beş yüz manat məbləğində cərimə edilir.

 

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əlavə edilən yeni hissəyə əsasən, həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol yerli icra hakimiyyəti orqanı adından yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən tərtib olunacaq.