Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 09:46:00
Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq? - Rəsmi CAVAB

Ölkə ümumtəhsil məktəblərində bəzən diplomu dövlət nümunəli olmayan müəllimlərə də rast gəlinir. Onlar arasında nəinki sıravi müəllimlər, hətta məktəb direktorları, dərs hissə müdirlərinin olduğu barədə iddialar da var.

 

Sözügedən mövzu ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr açılır. Bəziləri saxta diplomu olan müəllimlərin sertifikasiyada iştirak edə bilməyəcəyini, digərləri isə əksini söyləyir.

 

Bəs diplomu dövlət nümunəli olmayan müəllimlər də sertifikasiyada iştirak edə biləcək?

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab verilib.


Bildirilib ki, müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.

 

Qeyd edək ki, hələ 2014-cü ildə Təhsil Nazirliyi bildirmişdi ki, qurum 2 minə qədər saxta diplomlu müəllimi adbaad tanıyır. Nazirlik qeyd etmişdi ki, 2 minə qədər saxta diplomlu müəllimin işləməsi barədə dəqiq məlumat var, amma onları bir anın içində işdən uzaqlaşdırmaq mümkünsüzdür.

Xatırladaq ki, müəllimlərin sertifikasiyasına ötən ildən başlanıb.

Bu ilin yayında ölkə üzrə bütün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinə cəlb olunub.