Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-23 13:47:00
Fransada məktəblərin işi dayandırılıb

Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Fransada dəmir yolu əlaqəsi kəsilib,  neft emalı zavodlarının, dəniz limanlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb.

 

Buna səbəb ötən gün Fransa Prezidenti Emmanuel Makronun çıxışı olub.

 

“Prezidentə ən yaxşı cavab milyonlarla insanın tətil etməsi və küçələrə çıxmasıdır”, - CGT həmkarlar ittifaqının rəhbəri Filip Martinez bildirib.

 

Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçərək pensiya islahatını təsdiqləyib. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

 

Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.