Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 16:55:00
Vll qrant müsabiqəsində hansı müəllimlər iştirak edə bilər? - CAVAB

“Vll qrant müsabiqəsində həm dövlət, həm də özəl ümumi təhsil müəssisəsində çalışan təhsil verənlər iştirak edə bilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva deyib:

 

“Vll qrant müsabiqəsində iştirak etmək üçün təhsilverənlərin dövlət, yaxud özəl təhsil müəssisəsində işləməsindən asılı olmayaraq fərdi layihələri qəbul olunur. Bu müsabiqə yalnız ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub ,ona görə də ali təhsil müəssisələri və kolleclərdə çalışan müəllimlər təəssüf ki, iştirak edə bilmirlər”.

 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. 

  

Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində  www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.