Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 15:49:51
Azərbaycanlı tələbə İranda itkin düşüb - İDDİA

Sosial şəbəkələrdə Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlinin itkin düşdüyü barədə məlumat yayılıb.

AzEdu.az xəbər verir ki, azərbaycanlı tələbənin İranda itkin düşdüyü bildirilib.

Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, 5 gündür ki, ondan xəbər-ətər yoxdur.

Qeyd olunur ki, martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ehtimal edilir ki, Fərid Səfərli  İranda saxlanılıb.

Almaniyada yaşayan azərbaycanlılar sosial şəbəkələr üzərindən Azərbaycan hökumətinə çağırış ediblər ki, Fərid Səfərlinin məsələsini diqqətə alsın.


Məlumatlara görə, Fərid Səfərlinin anası Dilarə Əsədova artıq Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.