Azedu.az

AzTU rektorundan Qadınlar Gününə təbrik

Ali təhsil

Müəllimlər və elm adamları

8 Mart 2023, 10:31
AzTU rektorundan Qadınlar Gününə təbrik

"Əziz xanımlar, sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev deyib:

 

"Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlərə malikdir. Şərqdə elmin, təhsilin müxtəlif istiqamətləri üzrə ilk addımları atan Azərbaycan qadını yenilikçi ruha sahib olduğunu hələ o vaxtdan sübut edib. Azərbaycan qadını Vətənini sevən övladlar tərbiyə edən, ailə dəyərlərini qoruyan anadır. 

 

Bu gün ölkəmizin bütün sahələrdə inkişafında Azərbaycan xanımlarının mühüm rolu var. 

 

Əminəm ki, Azərbaycan xanımları ölkəmizin yüksəlişi naminə töhfəsini əsirgəməyəcək. 

 

Bir daha hər birinizi təbrik edirəm, sizə cancağlığı, xoşbəxtlik arzu edirəm!

 

Bayramınız mübarək"!

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox