Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 08:00:00
Zəlzələdən zərər çəkmiş 3 əyalətdə təhsil bərpa edildi

Türkiyənin zəlzələdən zərər çəkmiş Diyarbəkir, Şanlıurfa və Kilis şəhərlərində ənənəvi təhsil yenidən başlayıb.

 

AzEdu.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Şanlıurfada məktəblərdə aparılan təmir işləri başa çatdıqdan sonra şagirdlər üçün zəng çalınıb.


Haliliye rayonundakı Yunus Əmrə Borsa İstanbul ibtidai məktəbində “İstiqlal marşı”nın oxunması ilə başlayan açılış mərasimində Şanlıurfa valisi Salih Ayhan, Milli Təhsil müdiri Fevzi Kurt, müəllim və şagirdlər iştirak ediblər.

 

“Biz tarix boyu imanımız, gücümüz və birliyimizlə bir çox çətinliklərin öhdəsindən gəlmiş böyük bir millətik. Yenidən bir araya gələrək yaxşı günlər quracağıq. Gücümüzü heç vaxt unutmamalıyıq. Hər birimiz zəlzələnin üzərimizdəki pis təsirini aradan qaldırmaq istəyirik. Amma oturduğumuz yerdən özümüzə qapanaraq bunu etmək mümkün olmayacaq. Yenidən bir araya gəlib əvvəlkindən daha güclü ayağa qalxmaq üçün biz hamımız əlimizdən gələni etməliyik”, - vali deyib.