Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 13:41:00
Kəskin hava  bağçalarda davamiyyətə necə təsir göstərib?  

 

 Son günlərdə hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur.

 

Bəs havanın soyuqluğu və güclü külək uşaqların bağçalarda davamiyyətinə təsir edirmi?

 

AzEdu.az-a açıqlamasında ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova bağçalarda davamiyyətlə bağlı heç bir problem yaranmadığını qeyd edib:

 

 

“Havaların soyuq keçməsinin bağçaların daxilindəki vəziyyətə heç bir təsiri olmayıb. Çünki, bağçalarda uşaqlar üçün çox yaxşı şərait var. Məktəbəqədər təhsil müəssisələrinin istilik sistemində hazırda heç bir problem yoxdur. Ola bilər ki, valideynlər uşaqlarını aparıb-gətirməkdə hansısa problemlər yaşasınlar, amma işləyən valideynlər çox olduğu üçün bağçalarda davamiyyət o qədər də aşağı düşmür. Sadəcə olaraq, hava şəraiti ilə əlaqədar evdə qalan valideynlər övladlarını bağçaya aparmaq fikrindən daşına bilirlər".

 

“Havanın soyuq olması davamiyyətə o qədər də təsir etmir. Bu problem bəlkə də özəl bağçalarda müəyyən qədər ola bilər. Amma dövlət bağçalarında davamiyyət həmişəki kimidir” - deyə, o sözlərini tamamlayıb.