Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 12:56:00
Azərbaycan-Türkiyə birgə universiteti yaxın zamanda fəaliyyətə başlayacaq

 

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul etdi. Videokonfransda Prezident Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını qeyd edib.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva Azərbaycan-Türkiyə universitetinin yaradılmasının bütün Türkdilli  dövlətlərə öz tövhəsini verəcəyini söylədi:

 

“Azərbaycan və Türkiyə arasında həyatın bütün sahələrində yüksək əlaqələr mövcuddur. Bu dostluq dünənin, bu günün deyil, qədim zamanlardan mövcudddur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respuplikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamə bu dostluq-qardaşlığı daha da rəsmiləşdirdi. Bəyənnamədə Azərbaycan və Türkiyə dövlətlərinin təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq, birgə təhsil müəssisələrinin yaradılması nəzərdə tutulmuşdu”.

 

Deputat, birgə universitetin yaxın zamanlarda fəaliyyətə başlayacağını vurğulayıb:

 

“Türkiyənın milli təhsil naziri Mahmut Özer və Millət Məclisinin bir qrup deputatlarını cənab Prezident videokonfrans şəklində qəbul etdi. Minlərlə azərbaycanlı gənc Türkiyənin ali təhsil ocaqlarında təhsil alır. Onlar bu gün ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bakıda Azərbaycan-Türkiyə universitetinin açılması istiqamətində böyük imkanlar yaranıb. Nəzəri baxımından bu prosesdə bütün işlər görülüb. Yaxın vaxtlarda birgə universitet də fəaliyyətə başlayacaq. Bu universitetin yaradılması Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı, bütün türk dilli dövlətlərin birliyinə də böyük dəstək olacaq”- deyə o fikrini tamamlayıb.