Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 10:28:00
Kollec məzunları üçün vacib seçim – İmtahan vermək mütləqdir?

 

 

Buraxılış və qəbul imtahanları yaxınlaşdıqca abituriyentləri narahat edən məsələlərin də sayı artır. Amma narahat olan kəsim təkcə abituriyentlər yox, həm də kollec məzunlarıdır.  Təhsillərini bakalavriatura səviyyəsi üzrə davam etdirmək istəyən subbakalavrlar hər il iki seçim üzərində dayanırlar: onlar ya dövlətin yaratdığı şansdan yararlanaraq universitetlərə imtahansız qəbul olunmalı, ya da,normal abituriyentlər kimi qəbul imtahanında iştirak edib, tələbə adına iddialı olmalıdırlar. Birinci variantın xüsusi tələbləri var. Subbakalavr mütləq yüksək təhsil göstəriciləri ilə tədrisi başa vurmalı, üstəlik yalnız uyğun ixtisası seçməlidir.

 

Lakin son zamanlar subbakalavrlarda yaranan narahatlıqlardan biri onların DİM-in  müsabiqəsindəki iştirak hüququ ilə bağlıdır.

 

Subbakalavrlar hansı  halda DİM-in  müsabiqəsində iştirak edə bilər?!

 

AzEdu.az DİM-ə istinadən subbakalavrların müsabiqədə iştirak hüquqları ilə bağlı məlumatı bildirir.

 

Subbakalvrlar həm imtahan vermədən, həm də adi abituriyent kimi imtahan verməklə topladığı bal əsasında müsabiqəyə qatıla bilər.

 

Qeyd edək ki, subbakalavrlar kolleci bitirdikdən sonra həmin balla birbaşa univeritetdə dövlət sifarişli olaraq təhsil ala bilərlər.