Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 14:27:00
Şəxsi kabinetin parolunu unutmuş şəxslər nə etməlidir?-DİM

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Bəzi abituriyentlər qəbul və sınaq imtahanlarında iştirak edə bilmək üçün yaradılan şəxsi kabinetin parolunu itirdiyinə görə problemlə qarşılaşıblar.

 

 AzEdu.az-xəbər verir ki, şəxsi kabinetin parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az  saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir.

 

 Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolu əldə edə bilərlər.

 

Qeyd edək ki, şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.Burada imtahan nəticələri və digər məlumatlar öz əksini tapır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif  ödəniş üsullarından  yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.