
Azərbaycan Milli Elmlər Akademiyası və tabeliyindəki elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları artırılıb.
AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.
Martın 1-dən qüvvəyə minən qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 160 |
2 | 168 |
3 | 176 |
4 | 184 |
5 | 192 |
6 | 200 |
7 | 208 |
8 | 216 |
9 | 227 |
10 | 240 |
11 | 253 |
12 | 267 |
13 | 281 |
14 | 306 |
15 | 335 |
16 | 388 |
17 | 495 |
18 | 635 |
19 | 875 |
Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 130 |
2 | 132 |
3 | 134 |
4 | 136 |
5 | 138 |
6 | 144 |
7 | 151 |
8 | 158 |
9 | 165 |
10 | 172 |
11 | 179 |
12 | 187 |
13 | 196 |
14 | 210 |
15 | 228 |
16 | 267 |
17 | 360 |
18 | 486 |
19 | 750 |
kitabı
_314.jpg)
_642.jpg)





