Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 09:53:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə dekabrın 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-sı saat 23:59-dək aparılacaq. Bu gün saat 14:50-yə olan məlumata görə, imtahanda iştirak etmək üçün 888 (BA - 219, BB - 669) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.