https://modern.az/ #
2022-11-29 10:05:00
UNEC-in Qrinviç Universiteti ilə əməkdaşlığının yekun konfransı keçirilib-FOTO

UNEC-in Qrinviç Universiteti ilə əməkdaşlığı çərçivəsində yekun konfrans tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə UNEC-lə yanaşı, Bakı Musiqi Akademiyası, Turizm və Menecment Universitetinin də əməkdaşları və tələbələri iştirak ediblər.

 

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova, şöbənin mütəxəssisi və layihə koordinatoru Rauf Məmmədov və Britaniya Şurasının nümayəndəsi Könül Əhmədova tədbirdə çıxış edərək, layihə çərçivəsində görülən işlərdən və əldə olunan uğurlu nəticələrdən danışıblar.

 

Tədbirin ikinci hissəsində spikerlər Ülkər Zeynalova, Gültac Tahirli və Seymur Quliyev sosial sahibkarlıq, biznes etikası və brendinqdə aysberq yanaşması mövzularında çıxış ediblər.