Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 10:29:00
MİQ-də bu müəllimlər üçün imtahan sistemi yenidən tətbiq olunmalıdır-“Effektli deyil”

 

 

“Təhsildə öz üzərində işləyən müəllimlər olmasa, yüksək nəticə göstərən  şagird sayı azalacaq”.

 

 

Elm və təhsil naziri Emin Əmrullayev  “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında elmlə məşğul olan hər bir şəxsin ingilis dilini bilməli olduğunu qeyd edib.

Onun sözlərinə görə, necə ki, SSRİ dövründə elmlə məşğul olmaq üçün rus dili zəruri idi, eyni qayda müasir dövrdə ingilis dili  üçün keçərlidir.

 

Bəs orta məktəb müəllimləri təhsil tələblərinə cavab verə bilirmi?

 

İngilis dili üzrə mütəxəssis, pedaqoq Raqif Mərdanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məktəblərdə təhsil tələbinə cavab verə bilməyən müəllimlərin olduğunu  qeyd edib:

 

“Fikrimcə, bunun səbəbi müəllimlərin işə götürülərkən effektli imtahan sisteminin olmamasıdır. Bir müəllim dinləmə və oxudan imtahan vermir, amma gəlib məktəb şagirdinə dinləmə və oxu bacarıqı tədris edir. Belə düşünürəm ki, imtahan sistemi yenidən tərtib edilməlidir.

 

R.Mərdanov ingilis dili bilməyin zəruriliyi məsələsinə diqqət çəkdi:

 

“Müasir dünyaya qapı hesab edilən BMT nin elan etdiyi beynəlxalq dillərdən biri olan ingilis dili digər dillərdən üstünlüyünü saxlayır. Buna səbəb dünyanın siyasi və iqtisadi baxımdan güclü ölkələrinin elmi cəhətdən irəlidə olmasıdır. Bu axına düşmək üçün təbii ki, ingilis dili bilmək vacib hesab olunur”.

 

Nəticə olaraq bu gün xarici dil bilməyən peşəkar ola bilməz- deyə, o bildirib.