Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 17:49:00
DİM-də bu fənlər üzrə işçi qruplarının iclasları keçirilib

Noyabrin 25-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı, riyaziyyat fənni üzrə isə hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.