Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 17:49:00
  “İdrak” liseyi növbəti uğura imza atıb- “Əziz Şuşa, sən azadsan!”  

 

 

 

Elm və Təhsil naziri Emin Əmrullayevin 26.09.2022-ci il tarixli müvafiq əmrinə əsasən, ölkə üzrə ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqədə “İdrak” liseyi də təmsil olunub. Liseyin 9-cu sinif şagirdi Tağızadə Fuad Ruslan oğlu müsabiqədə 1-ci yerə layiq görülüb.

 

 

Açıklama yok.

44 günlük Vətən müharibəsindən bəhs edən və şagirdlərin Azərbaycan dilində yazı bacarıqlarını inkişaf etdirmələri məqsədi daşıyan müsabiqə şagirdlərin həm də vətənpərvər ruhda böyümələrinə xidmət edir.

 

 

İnşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev mükafatlandırılan şagirdləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.