Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 12:44:00
“Universitetlərə qəbul ballarına baxanda ürəkaçan nəticə görmürük”-Emin Əmrullayev  

 

 

"Son zamanlar elmin yaşı ilə əlaqədar çox müzakirələr aparılır. Azərbaycan elminin yaşlı insanlarla deyil, gənclərlə bağlı problemi var".

 

 

 AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında qeyd edib.

 

 

"Yaşlı elm adamları ömürlərinin  müəyyən dövründə elm üçün ən azı nəsə ediblər. Yaxud, əvvəlki dövlərdə müəyyən  qarışıqlıqlarda buna çox da şərait olmayıb. Amma gənclər elmin gələcəyidir. Məktəb proqramını bilməyən, əlaçı olmayan 2-3 gənc elmə gəlsə, çox da problem olmaz, amma bu göstərici yüksək olarsa, artıq ciddi problemə yol açar. Amma biz qəbul ballarına baxanda ürəkaçan nəticələr görmürük. Ona görə də bacarıqlı, istedadlı gənclərin elmə cəlbinə çalışmalıyıq".