Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 10:15:00
Ekspert DİM və nazirliyi tənqid etdi- “Bu dəyişiklər mənasız idi”- “Buraxılış” problemi

 

 

Bir neçə gün öncə 9 illik təhsil səviyyəsi  üzrə buraxılış imtahanında yeni imtahan modeli ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin iştirakı ilə  birlikdə müzakirə aparıldı.   Müzakirədə dəyişikliyin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq ediləcəyi bildirildi. Ondan bir nüçə gün əvvəl isə həmin dəyişiklərin edildiyi ilə bağlı qərar verilmiş və bu, sosial şəbəkələrdə geniş müzakirələrə, həmçinin, narazılıqlara səbəb olmuşdu.

 

 

"Əslində qəbul və buraxılış imtahanında edilən dəyişikliklər mütləq şəkildə iki qurum arasında razılaşmadan sonra qəbul olunmalıdır".

 

 

Mövzu ilə bağlı fikirlərini  təhsil eksperti Kamran Əsədov AzEdu.az-la bölüşüb:

 

"Nazirlik kabinetinin qərarına əsasən  DİM tərəfindən buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklər mütləq şəkildə  Elm və Təhsil Nazirliyi tərəfi ilə razılaşmalıdır.  DİM  istər qəbul,  istərsə də buraxılış imtahnının  məzmun və strukturunda  dəyişiklik edərsə,  bununla bağlı Elm və Təhsil Nazirliyindən razılıq alınmalıdır. Nazirlik bu dəyişikliyi təhlil edərək, etiraz, düzəliş ya da qəbul edir".

 

 

Təhsil eksperti  buraxılış imtahanlarının çətinlik səviyyəsindən də danışdı:

 

"Bildiyiniz kimi bir müddət əvvəl DİM  xarici dil imtahanında yazı  standartının  daha yaxşı yoxlanılması üçün dəyişiklik etdi. İmtahana şəkil əsasında, mətn qurmaq daxil edildi. Düzdür, 2008-ci ildən tətbiq edilən kurikulum standartlarında bu mövcuddur. Amma başa düşmək lazımdır ki , IX  sinif şagirdi iki saat ərzində  üç fəndən bu qədər məzmum standartı  reallaşdıra bilməz. Buraxılış imtahanı minumum bacarıqları yoxlamalıdır.

 

DİM bir müddət əvvəl etdiyi dəyişikliyi ləğv etdi. Burada iki məsələ ortaya çıxır. Ya DİM nazirlikdən xəbərsiz bu dəyişikliyi edib, ya da  nazirliyin bu tipli imtahanlardan ümumiyyətlə anlayışı yoxdur.

 

Əgər Elm və Təhsil Nazirliyi  dəyişiklikdən xəbərdar olduğu halda, onu qəbul edibsə, bu, düzgün deyil. Yox əgər, DİM  ETN-in  razılığını almadan imtahanda dəyişiklik edirsə, deməli, nazirliyi saymır”.

 

K.Əsədov buraxılış imtahanındakı dəyişikliyin düzgün olmadağını vurğulayıb:

 

"Əlbəttə, buraxılış imtahanlarında ən ciddi problem xarici dil fənni ilə bağlıdır. Amma ümumiyyətlə bu dəyişiklik mənasız idi. Məktəblərdə 12 ildir ki, bu məzmun standartı reallaşır. Amma, etiraf edək ki, bu təhsil keyfiyətinə öz mənfi təsirini göstərəcək.

 

Buraxılış imtahanındakı dəyişiklik böyük səs-küy doğurduqdan sonra,DİM bu prosesi gələn ilə saxladığını açıqladı.

 İnanmıram ki, nazirlikdə buraxılış imtahanından analayışı olan şəxslər var. Dəyişiklik böyük səs-küy doğurduqdan sonra, DİM bu prosesi gələn ilə saxladığını açıqladı. DİM bildirdi ki,  Elm və Təhsil Nazirliyi ilə müzakirə nəticəsində bu qərara gəlib”. 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları