Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 16:40:00
"Ali təhsil müəssisələrimizi beynəlxalq standarlara uyğunlaşdırmalıyıq"-Deputat

"İlk olaraq sual yaranır ki,universitetlərimiz bu məsələdə nə dərəcədə maraqlıdırlar. Bəzi universitetlər bu istiqamətdə müəyyən işlər görür,amma bir sıra universitetlər buna maraq göstərmir".


AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

"Məsələn,hazırda bəzi bölgə universitetləri inkişaf üçün çalışır,yenilikçi addımlar atır. Əsas məsələlərdən biri də tədrisin keyfiyyətdir,universitetlərimizdə məzmun və keyfiyyət məsələsinə diqqət etməliyik. Həmçinin ali təhsil müəssisələrimizin beynəlxalq standarlara uyğunlaşdırılmasına çalışmalıyıq"-deyə, deputat bildirib.

Deputat universitetlərin diqqət etməli olduğu məqamlara diqqət çəkərək, qəbulu gözlənilən Qanun layihəsindən söz açıb:

"Məlumdur ki,hazırda Milli Məclisdə "Ali təhsil haqqında Qanun"layihəsinin müzakirəsi davam edir. Bu Qanun layihəsində qeyd etdiyim məsələlərə toxunulub. Hesab edirik ki,müsbət nəticələr verəcək. Ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələrin sayı,müəllimlərin keyfiyyət göstəriciləri,yataqxanaların vəziyyəti və digər vacib məsələrə,bu istiqamətlərdə mövcud problemlərin həllinə diqqət edilməlidir".