Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 10:28:00
“Akademiyadakı bürokratik əngəllər aradan qaldırılmalıdır”-Yeni prezidentdən GÖZLƏNTİLƏR

 

“Dövlətin Akademiyadan gözləntiləri böyükdür. Həsab edirəm ki, AMEA-ya yeni seçilmiş prezidenti o məsuliyyəti dərk edəcək”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib.

 

Fəlsəfə doktoru son olaraq AMEA ilə bağlı verilən qərarların doğru olduğunu bildirib:

 

“AMEA ilə bağlı son illər kifayət qədər xoşagəlməz hadisələr cərayan edirdi . Haqlı olaraq akademiyanın fəaliyyəti tənqid olunurdu. Bu baxımından akedemiyanın bir neçə instutunun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi və adına  müvafiq olaraq milli tətqiqatlar aparan instutların AMEA-nin tərkibində qalması ədalətli qərar idi. Düşünürəm ki, AMEA artıq öz profilinə uyğun fəaliyyətinə göstərməlidir, həm də yeni dövrün çağırışlarına açıq olmalıdır. Ölkəmiz üçün çox vacib strateji önəm kəsb edən tətqiqatlarla məşğul olmalıdır”.

 

“Dövlətin Akademiyadan gözləntiləri böyükdür. Həsab edirəmki, AMEA-ya yeni seçilmiş prezidenti o məsuliyyəti dərk edəcək”

 

"İsa Həbibbəylini mən çoxdan, Naxçıvan Dövlət Universitetinə rəhbərlik etdiyi  dövrdən tanıyıram. Akademiki Mirzə Cəlil yaradıcılığın ən görkəmli nümayəndəsi olaraq qiymətləndirirəm. Kifayət qədər təcrübəli və bilikli adamdır.  Düşünürəm ki, İsa Həbibbəyli AMEA-nın  inkişafı ilə bağlı gələcək fəaliyyətini düzgün müəyyənləşdirəcək və dövlətimizin AMEA-dakı gözləntilərini doğruldacaq. Yeni seçilən prezidentə və heyətinə uğurlar arzu edirəm".

 

“Akademiyada son illərdə ciddi islihatların aparılmasına həqiqətən ehtiyac yaranıb. AMEA elmi kadr potensialının artırmalıdır. Digər tərəfdən akademiyada mövcud olmuş bürokratik əngəllər aradan qaldırılmalı və ortaya həqiqi elm adamlarının gətirilməsi istiqamətində addımlar atılmalıdır"-deyə, o nəzərə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, akademik İsa Həbibbəyli seçilib.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları