Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-30 14:01:00
Magistr təhsilindən üstün biliklər verən kitablar- SİYAHI

Kitablar insanın ən yaxşı dostudur deyiblər. Bəzi kitablar isə insanlara mayaq olur, istənilən təhsildən daha çox şey öyrədir.

 

AzEdu.az bu kitablardan bir neçəsini təqdim edir:

 

1. James Allen “As a man Thinketh”.

    İnsanların əksəriyyəti hesab edir ki, onların həyatı qismətə, taleyə, bəxtə bağlıdır. Bu kitab isə izah edir ki, həyatınız tamamilə sizin əlinizdədir və yalnız siz onu dəyişdirmək iqtidarındasınız. Həyatınızı müsbətə doğru dəyişmək, yüksəltmək, ya da endirmək sizin seçiminizdir. Bunun üçün yalnız ağlınızı toparlamaq lazımdır, hansı ki, burada kitab sizə yardımçı olacaq.

   

2. Robert Kiyosaki “Varlı ata, kasıb ata”.

    Baxmayaraq ki, kitabda əsasən şəxsi maliyyə idarəetməsi prinsipləri göstərilir, kitab həmçinin uğura yalnız biznes vasitəsi ilə nail olunması mahiyyətini açıqlayır. Kitab sahibkarlığın aparılması qaydalarını izah edir.

   

3. Spencer Johnson “Who Moved My Cheese?”.

    İnnovasiyaya həsr olunmuş saysız-hesabsız kitab yazılıb. Bu kitablarda əsasən daimi artan dəyişikliklərə adaptasiya olunma, bu vəziyyətdə ayrı-ayrı fərdlərin və şirkətin davranışı təsvir olunur, lakin bu kitab yeganə kitabdır, bütün yuxarıda sadalananları qısa, dəqiq və asan anlaşılan dildə təqdim edir.

   

4. William Strunk ”The elements of Style”.

    Müasir dövrümüz informasiya əsridir və burada biznes kommunikasiyası önəmli yer tutur. Buna görə də uğura nail olmaq üçün öz fikrini düzgün ifadə etmək əsas şərtlərdən biridir. Baxmayaraq ki, kitab ingillis dilində yazılıb və əsasən ingilis dilinin özəlliklərinin üzərində tamamlanıb, kitabdakı məsləhətlər, qaydalar hər dildə, hər yerdə keçərlidir.

   

5. Spencer Johnson&Kenneth Blanchard “One Minute Manager”.

    Kitabda menecer hərtərəfli təsvir olunub. Kitab yaxşı menecer olmaq qaydalarını, prinsiplərini təbliğ edir. Bununla yanaşı kitab biznes və heyətin idarə edilməsi prinsiplərini, üstünlüklərini və çətinliklərini göstərir.

   

6. Darrell Huff “How to lie with statics”.

    Müasir sahibkarlığın fərqli xarakteristikalarından biri artan dəyişiklər və hər şeyi ölçmək, hesablamaq hərisliyidir, lakin düzgün olmayan hesablamalar olmasa, nəticələr nəinki yayarsız, hətta zərərli ola bilər. Bu kitab əsasən hesablamalarla, rəqəmlərlə biznesdə manipulyasiyaları açır. Kitabın əsas özəllikləri onun asan başa düşülə bilən dildə yazılması və illüstrasiyalarla müşaiət olunmasıdır.

   

7. Og  Mandino “The Greatest Salesman in the World”.

    Əgər siz şəxsi ideyalarınızı, məhsulunuzu, xidmətlərinizi satmaq iqtidarında deyilsinizsə, siz heç vaxt uğur qazanmayacaqsınız. Bu haqda çoxlu kitablar və dərsliklər tərtib olunub, lakin Og Mandinonun kitabı özünün sadəliyi  və konkretliyi ilə məşhurlaşıb.