https://modern.az/
2022-09-29 09:15:00
Təhsil Tələbə Krediti Fondu auditor seçir  

Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

 

AzEdu.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

 

İddiaçılar ilkin sənədləri oktyabrın 21-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 31-I, saat 15:00-a qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16E ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

 

Təkliflərə noyabrın 1-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.