Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 15:03:00
Bu tarixdə SAT imtahanı keçiriləcək

SAT imtahanı oktyabrın 1-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədləri gətirərək imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

 

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

 

SAT imtahanları haqqında daha ətraflı məlumat DİM-in saytinda yerləşdirilib.