Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 13:26:00
“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə başlanılıb  

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “müsabiqələr və olimpiadalar” xidmətində oktyabrın 7-dək qeydiyyatdan keçərək müsabiqəyə müraciət edə bilərlər.

 

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün müvafiq yerli təhsili idarəetmə orqanı tərəfindən dəvət olunacaqlar.

 

Müsabiqənin final mərhələsi Bakı şəhərində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Məktəblilər müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar.