Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 15:56:00
Müharibə Şuşa təhsilində nələri dəyişdi?-YENİLİKLƏR

27 sentyabrda 44 günlük şanlı Vətən Müharibəsinin başlamasından 2 il ötür.

 

Qələbənin həlledici məqamı olan Şuşa şəhəri müharibə zamanı hamının diqqət mərkəzində idi.

 

Şuşanın bütün sahələri müharibəyə yönəltdiyi kimi təhsil sahəsi də vətənimizin azadlığı uğrunda mübarizədə böyük fəadakarlıq simvollarından biri idi.

 

Şuşa təhsilinin 44 günlük müharibədə göstərdiyi şücaəti AzEdu.az-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin Şuşa sektorunun müdiri Rəsmiyyə Məmmədova 2 il öncəyə qayıdaraq şəhərin təhsil mənzərəsi haqqında məlumat verib:“II Qarabağ savaşı zamanı Şuşa şəhəri üzrə 9 nəfər şəhid, 44 nəfər isə qazi olub. 44 günlük müharibədə məzunlarımız arasında şəhid olanlar da oldu. Müəllimlərimiz isə döyüşdə şücaətlə iştirak etsələr də, onların hər biri sağ-salamat şəkildə yenidən vəzifələrinə qayıtdılar”.

 

O, müharibə zamanı Şuşa məktəblərinə dəyən zərərdən söz açıb:”Həmin dövrdə məktəb infrastrukturumuza da zərər dəydi. Ağdam rayonunun 21 nömrəli məktəbi erməni təcavüzkarları tərəfindən  vandalizm aktlarına məruz qaldı. Digər təhsil müəssisələrimiz isə cəbhə bölgəsində yerləşmədiyi üçün onlara ziyan dəymədi. İşğal dövründə məktəblərimiz başqa rayonlara köçürüldüyü və cəbhə xəttindən uzaqlaşdığı üçün onlar mənfi təsirdən yan keçdilər.

 

Müharibədən sonra həmin məktəbdə müəyyən qədər təmir-bərpa işləri aparıldı. Lakin biz məktubla müraciət etdik ki, həmin təhsil müəssisəsi yenidən tikilərək istifadəyə verilsin”.

 

Sektor müdiri Şuşa təhsilinin uğurlarından söz açıb:”Şuşa təhsil sektoru üzrə 2021-2022-ci tədris ilində rayonun ümumi təhsil məktəblərinin XI siniflərini 234 nəfər məzun bitirib. Onlardan 1 nəfəri gümüş nişan, 5-i isə fərqlənmə attestatı alıb.

 

IX sinifləri 369 nəfər məzun bitirib, onlardan 7-i fərqlənmə attestatı alıb.

 

XI sinfi bitirən məzunlardan 164 nəfər ali məktəblərə sənəd verib, onlardan 104 nəfəri tələbə adını qazanıb. 2022 - 2023 cü dərs ilində I sinifə 719 nəfər qəbul olunub”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları