Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 17:29:00
"Ali təhsildə keyfiyyətə yeni tələblər yeni yanaşmalar tələb edir"-UNEC rektoru

"Ali təhsildə keyfiyyətə yeni tələblər yeni yanaşmalar tələb edir. UNEC-də bu istiqamətdə təşəbbüslər davam edir. yeni təşəbbüslərdən biri cari tədris ilindən başlayaraq pilot qaydasında azərbaycan, türk, ingilis və rus dilində olmaqla dörd qrupda Çevrilmiş Təhsil metodunun (Flipped Education) tətbiqidir".

 

AzEdu.az xəbər verir ki, bu varədə UNEC rektoru Ədalət Muradov şəxsi feysbuk səhifəsində yazıb 

 

Rektor bildirib ki, "bununla həm də, fərdi təhsil trayektoriyasının tətbiqinə başladıq. Bu yanaşmanın müsbət təsirinə inanırıq və ilkin təhlillər inamımızı daha da artırır. Bu yeniliyə başlamaqla böyük əziyyətə qatlaşmış UNEC-in seçilmiş dörd müəlliminin hər birinə təşəkkür edirəm".