Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 14:18:00
“Özəl universitetlərimiz  özlərini hörmətdən salmaqla məşğuldurlar”-SƏRT TƏNQİD

 

 

 Bu il Azərbaycan universitetlərinə qəbul olan 2355 nəfər qeydiyyatını təsdiq etməkdən son anda imtina edib.

 

Təhsil ictimaiyyəti məsələni bir çox səbəblərlə əlaqələndirir.

 

Bir çox şəxs düşünür ki, universitet seçimi etməyən şəxslərin çoxu özəl ali təhsil müəssisəslərini seçib, lakin orada təhsilin keyfiyyətindən şübhə etdikləri üçün imtina qərarı alıblar.

 

AzEdu.az-a danışan təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edir ki,  özəl universitetlərin  verdiyi təhsilin keyfiyyəti çox aşağıdır:

 

Bu gün ölkəmizdə özəl ali təhsil müəssisələri arasında yalnız Xəzər Universiteti yüksək keyfiyyətli təhsil verməyi bacarır. Burada əsas məqsəd təhsil deyil, gəlir əldə etməkdir. Hər özəl təhsisatın məqsədi  müəyyən qədər gəlir qazanmaqdır, amma  burada vacib məqamlardan biri gəliri qanuni yolla mənimsəməkdir. Əgər bir iş görülürsə, onun müqavilində gəlir əldə etmək lazımdır. Bunu heç kim qadağan etmir. Amma təhsil pula və gəlirə qurban verilirsə, burada inkişafdan söhbət gedə bilməz”.

 

Təhsil eksperti qeyd edir ki, özəl universitetlər kadr hazırlaya bilmir:

 

Təhsilin keyfiyyətinin aşağı olduğu universitetlərin sayı kifayət qədərdir, onları saymaqla bitməz. Onlardan heç biri kadr hazırlaya bilmir. Əmək bazarında bu universitetlərin məzunları heç bir yerdə iş tapa bilmirlər. Gedib fəhlə kimi çalışırlar. Yeni qəbul olunan tələbə də fikirləşir ki, həmin ali məktəbi bitirərək fəhlə işləyəcəmsə, niyə burada təhsil alım? Özəl universitetlər özlərini hörmətdən salmaqla məşğuldurlar”.

 

O, vurğulayıb ki, ölkəmizdə təhsil sistemində rəqabət mühiti yoxdur:

 

Bizdə təhsil azadlığı yoxdur ki, müstəqil ali məktəblər bir-biri ilə inteqrasiya edə bilsin, rəqabət apara bilmək imkanı əldə etsin. Rəqabət mühiti də formalaşmır. Bu da rəqabət mühiti yaratmır, yeganə  tələbi onda görürəm ki, özəl universitetlər arasında Xəzər Universiteti  reytinqi dünya ali təhsil müəssisələri arasında  yer tutur. Çünki bizə təhsil lazım deyil, vacib olsaydı, bu şəkildə formalaşmazdı.  Dövlət universitetlərində təhsil ödənişsizdir, amma  onu da qeyd etmək lazımdır ki, tələbələrin bir çoxu BDU əvəzinə Xəzər Universitetini seçir. Bu da ali məktəbin özünü təqdim etmə mexanizmindən aslıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları