Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 14:19:00
MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

 

AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.



Apellyasiya müraciətlərinin qəbulu 29 avqust saat 11:00-da başa çatacaq.


Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin edilməyəcək.



 Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə yaxın günlərdə əlavə məlumat veriləcək.