Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-25 15:12:00
III qrup üzrə ixtisas seçərkən diqqətli olun- VACİB TÖVSİYƏ

III ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

 

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”,“Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarınınmüsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xaricidil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər”ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılışimtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

 

AzEdu.az DİM-ə istinadan xəbər verir ki, aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumibalı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır

 

- Muzey, arxiv işi və abidələrin qorunması;
-Sosial iş;
-Regionşünaslıq (regionlar üzrə).

Gülcahan Məmmədova
Müəllifin digər yazıları