Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 17:20:00
Məktəbdə müəllimlərin çatışmaması problemi kəskinləşir

ABŞ-da məktəb müəllimlərinin çatışmaması problemləri kəskinləşir.

 

AzEdu.az xəbər verir ki, bu problem barədə “İqtisadi Siyasət İnstitutu” analitik mərkəzi tərəfindən hələ 2019-cu ildə dərc olunmuş hesabatda xəbərdarlıq edilmişdi. Həmin hesabatda qeyd olunurdu ki, 2024-cü ilə qədər ölkədə pedaqoqlara tələbatı təmin etmək üçün 300 mindən çox müəllim lazım gələcək.

 

Son iki ildə bir neçə amil bu problemi kəskinləşdirib: müəllimlərin bir qismi pensiyaya çıxıb və ya bir sıra başqa səbəblərlə bərabər koronavirus pandemiyasına da istinad edərək bu peşədən gediblər, şagirdlər və valideynlər tərəfindən müəllimə hörmətsizliyin artması, habelə məktəblərdə təhlükəsizlik problemi səbəbindən işdən çıxıblar.

 

Bəzi müəllimlər bildiriblər ki, əməkhaqqının aşağı olması onları müəllim peşəsini tərk etməyə sövq edən amillərdən yalnız biri olub. Ölkədəki çoxsaylı məktəb dairələrinin administrasiyaları qeyd edirlər ki, yaranmış onlarca, yüzlərlə vakansiyanı doldurmaq üçün çox çalışırlar. Təqribən 1,7 milyon pedaqoqun mənafelərini təmsil edən Amerika Müəllimlər Federasiyası iyul ayı üçün hesabatda müəllimlərin və digər işçilərin çatışmaması probleminin həllinin bir neçə variantını, o cümlədən əməkhaqqının və müavinətlərin artırılmasını, müəllimlərlə inzibatçılar arasında münasibətlərin yaxşılaşdırılmasını, siniflərin həcminin azaldılmasını, standartlaşdırılmış testlərin və sənədləşdirmə işlərinin azaldılmasını, habelə müəllim heyətinin şaxələndirilməsini təklif ediblər.

 

Bəzi məktəb dairələri əsas əməkhaqqının artırılmasından əlavə, müəllimlərin işdə saxlanması və yeni müəllimlərin cəlb edilməsi üçün bonuslar və təqaüdlər verirlər. Başqa dairələrdə alternativ variantlardan istifadə edilir. Məsələn, Mərkəzi Floridadakı Okiçobi məktəb dairəsi yerli müəllimlərin çatışmamasını azaltmaq üçün xaricdən, o cümlədən Hindistan, Filippin, Meksika, Yamayka və Perudan müəllimləri işə götürüb.