Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-06 12:16:00
Xerosimada baş verən faciədən 77 il keçir

Xerosima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Dünyada ilk dəfə atom bombasının atıldığı Yaponiyanın Xerosima şəhərində baş verən faciənin üzərindən 77 il keçir.

AzEdu.az xəbər verir ki, İkinci dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və onminlərlə insanın ölümünə səbəb olub.

 

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” B-29 bombardman təyyarəsi “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Xerosima şəhərinə atıb.

“Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul” adlanan atom bombası “Bockscar” B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb.

Təyyarənin komandiri pilot Çarlz Suini idi. Xerosimada 90-166 min, Naqasakidə isə 60-80 min arası insanın həlak olduğu bildirilib.