Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 15:13:00
Magistraturda  tələbənin köçürülməsi bu  qaydada aparılır

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

 

Bu barədə AzEdu.az-a  Təhsil Nazirliyindən məlumat verilib. Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

 

Qeyd edək ki, magistratura tələbələrinin ixtisasını/ixtisaslaşmasını dəyişdirməsinə icazə verilmir. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə DİM balı nəzərə alınmır.

 

Xatırladaq ki, tələbələrin köçürülməsi üzrə sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə iyulun 31-dək davam edəcək.