https://modern.az/ http://www.position.az/
2022-07-01 14:10:00
SPE Tələbə Sammitində Rusiya-Xəzər regionunda enerji keçidi müzakirə olunub  

20-21 may tarixlərində Azərbaycan Neft MühəndislərCəmiyyətinin (SPE) tələbə bölməsi bərpa olunan enerjiyə həsr olunmuş regionun ilk tələbə sammitini təşkil edib.

 

AzEdu.az xəbər verir ki, “Caspian Energy Sammiti Azərbaycanda və Rusiya-Xəzər regionunda neft və qazdan bərpa olunan enerjiyə keçidə yönəlmiş ilk SPE Tələbə Sammitidir. Sammit Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan-Fransız Universitetinin, SPE Azərbaycan bölməsi, Equinor və BP-nin dəstəyi ilə təşkil olunub.

 

SPE prezidenti Kamel Ben-Naceur sammitiştirakçılarına vodemüraciət edib. Müraciətdə enerji keçidinin mövzusu təkcə bizim nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün davamlı enerji gələcəyinə malik olmasını təmin etməyin son dərəcə vacibliyi vurğulanır. Qeyd olunur ki, enerjinin mövcudluğu, enerji təhlükəsizliyi, enerjinin əlverişliliyi və nəhayət təmiz enerji bu gün ən vacib məsələlərdir.

 

SPE prezidentinin müraciətindən sonra SPE Azərbaycan bölməsinin direktoru Aleksandra Xramtseva “Azərbaycanın Bərpa Olunan Enerji Mənbələrinə Baxış”, SPE Gaia Regional Əlaqə üzrə İlyas Sarıbekov “SPE Gaia Girişi” mövzularında çıxış eediblər. Azərbaycanın BP, Socar, Equinor, Total, EcoEnergy, Socar Downstream və Masdar kimi əsas enerji şirkətlərinin nümayəndələri öz çıxışlarında keçid dövrünün perspektivləri, həyata keçirilən və gələcək layihələr, gələcək nəsil qarşısında duran vəzifələr, eləcə də enerji keçidinin texniki aspektləri barədə danışıblar.

 

Sammit bərpaolunan enerji layihələri üzrə komanda yarışı ilə davam edib. 11 komandanın üzvləri gəncmütəxəssislər  üç yerli universitetin tələbələri olub. Hər bir komanda öz layihəsini Azərbaycan-FransızUniversitetinin professorlarından  bərpaolunan enerjiüzrə çalışan EcoEnergyTotalEnergiesSocarDownstream  Avropa Yenidənqurma  İnkişafBankının sənaye peşəkarlarından ibarət münsiflərheyətinə təqdim edibYarışda Azərbaycan-FransızUniversitetinin “SuperNova” komandası birinci yerəlayiq görülüb.