Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 16:21:00
“Çox qabardıldığı  üçün müəllimə töhmət verildi”-Professordan mediaya irad

 

“Məsələni bu dərəcədə drammatikləşdirməyə ehtiyac yoxdur. Bu, heç bir halda məktəbə xeyir verməz". 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis,  professor Şahlar Əsgərov deyib.

 

Belə ki, Yevlax məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri yayılıb.

 

Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.

 

Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin, tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

 

Şahlar Əsgərov məsələyə münasibət bildirib:

 

“Ölkədə 150 mindən çox müəllim fəaliyyət göstərir. 4500-dən çox məktəb qurulub. Bu sayda yer və insanda hansısa qüsurun olması çox normaldır. Həmin fikirləri bütünlüklə təhsil sisteminə aid etmək düzgün deyil. İnsanlar var ki, bir-birləri ilə dalaşır, hətta öldürürlər.  Bunu bütün ailələrə və insanlara şamil etmək düzgün deyil. Müəllimin də dini təbliğ etməsinin bütövlükdə təhsil sisteminə aiddiyyatı yoxdur. Bu, yalnız təsadüfi haldır”.

 

O, vurğulayıb ki, məsələ həddindən artıq qabardılıb:

 

“Məsələni bu dərəcədə drammatikləşdirməyə ehtiyac yoxdur. Bu, heç bir halda məktəbə xeyir verməz. Bu, bizim düşmənlərimizə xeyir verəcək. Bu kimi qüsurları gizlətmək lazımdır.

 

Media baş verənləri həddindən çox qabardır, ona görə də müəllimə töhmət verilir. Bunlar yersiz hay-küydür. Belə şeyləri qabartmağın yeri yoxdur.

 

Niyə mollanın məsələsini qabardırıq, amma təhsildəki problemləri yox”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları