Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 14:02:00
AzEdu-da vacib müzakirə - Tarix dərsliklərində ciddi problemlər

 

 

 

24 iyun tarixində AzEdu təhsil portalının nəznində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin tarix dərsliklərinə həsr olunan görüşü baş tutub.

 

 

Görüşdə tarix müəllimləri Aygün Rəhimova, araşdırmaçı Arif Gülşadoğlu, dərslik müəllifi və tanınmış repetitor Anar İsayev, gənc pedaqoq Zahid Qasımov, həmçinin, AzEdu təhsil portalının əməkdaşları iştirak ediblər.

 

 

Giriş nitqi ilə sözə başlayan AzEdu təhsil portalının baş redaktoru Elmin Nuri qonaqları salamlayaraq dərsliklərin monitorinqinin vacibliyini vurğulayıb. O,  bütün iştirakçıların fikirlərinin dəyərli olduğunu və bunun dərsliklərin hazırlanmasında müstəsna əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Tarix müəllim Aygün Rəhimova dərsliklərdə olan səhvləri faktlar əsasında qeyd edərək, onların düzəlməsinin şagirdlərin inkişafı baxımından vacib olduğunu vurğulayıb. O, siniflər üzrə hazırlanan dərsliklərdə bir çox problemlərin və səhvlərin olduğunu əlavə edərək bunların şagirdlər arasında çaşqınlıq yaratdığını qeyd edib.

 

 

Tarix müəllimi olan Arif Gülşadoğlu dərsliklərin hələ də SOVET üslubundan çıxa bilmədiyini qeyd edərək səhvlərin tezliklə düzəlməsinin tarix sahəsi üçün uğurlu addım olacağını diqqətə çatdırıb. O, həmçinin tarix sahəsində öz sözünü deyən müəllimlərin bir araya toplanaraq nəşrlərə yenidən baxılmasını təklif edib.

 

 

Dərslik müəllifi olan Anar İsayev şagirdlər üçün hazırlanan kitabların dizaynında olan problemləri vurğulayıb və qeyd edib ki, nəşriyyatlar bu istiqamət üzrə keyfiyyət göstəricilərini inkişaf etdirməli və yeni nəsil tarix kitabları istifadəyə verilməlidir.

 

 

Gənc müəllimlərdən olan Zahid Qasımov tarix dərsliklərində olan problemlərin siniflər üzrə fərqli xarakter daşıdığnı deyib. O, həmçinin, 10 və 11-ci sinif dərsliklərində  ciddi problemlərin olduğunu da dilə gətirib.

 

 

Müəllimlər  müxtəlif tarixi dövlər üzrə dərsliklərdə qeydə alınan səhvləri müzakirə ediblər və onların aradan qaldırılması istiqamətində olan tədbirləri diqqətə çatdırıblar.

 

 

Sonda AzEdu təhsil portalının baş redaktoru Elmin Nuri bu görüşlərin davam edəcəyini və  sadalanan problemlərin müəlliflərə çatdırılacağını qeyd edib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları