Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-22 14:14:00
Universitetlərimizin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər -Məleykə Abbaszadə 

Bu gün  DİM və UNEC, AzTU, BMU, MDU, ADAU və Xəzər Universiteti arasında Anlaşma Memorandumları imzalanıb.

 

AzEdu.az xəbər verir ki, imzalama mərasimində DİM-in  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir sıra vacib vacib məqamlara toxunub. Bunlardan biri də universitetlərə qəbul zamanı bir çox ixtisaslar üzrə vakant yerlərin dolmamasıdır:

 

"Azərbaycanda kifayət qədər işaxtaran və vakant yeri olan iş yerləri var. Lakin mövcud olan vakansiyalar dolmur və insanlar işsiz qalır".

 

Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: "Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Bununla da əmək bazarıda diplomsuz işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə bilikləri bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi mühüm olmalıdır".