Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 17:52:00
Magistraturaya ixtisas seçimi nə zaman başlayacaq?-CAVAB

  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələri elan olundu.

 

Həmçinin, qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar da yekunlaşıb.

 

Bəs magistratura səviyyəsi üzrə ixtisas seçiminə nə zaman start veriləcək?

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bunun üçün sonuncu kurs tələbələrinin məlumatlarının sistemə daxil edilməli olduğunu bildirib:

 

“Hazırda sonuncu kurs tələbələri üçün yekun imtahanlar keçirilir. Həmin imtahanlar başa çatandan və ümumi orta müvəffəqiyyət göstəriciləri ali təhsil müəssisələri tərəfindən sistemə daxil olunduqdan sonra ixtisas seçimi başlayacaq”.