https://modern.az/ http://www.position.az/
2022-06-08 12:31:00
“Bütün direktorlar sertifikasiyadan keçməlidir və keçəcəklər”-Mütəxəssis

 

“Gələcəkdə təhsil sisteminin bütün işçiləri müəyyən sertifikasiyadan keçəcəklər”

 

Hazırda gündəmdə olan əsas mövzulardan biri də təhsil işçilərinin sertifikatlaşdırılmasıdır.

 

Təhsil İnstitutu tərəfindən sertifikatlaşdırılma ilə bağlı qiymətləndirmə çərçivəsi də təqdim edilib. Müəllimlərin əksəriyyəti isə bu proseslə bağlı narahatlıqlarını bildirirlər.

 

Həmçinin direktorlar və onların müavinlərinin də fəaliyyət istiqamətləri üzrə sertifikatlaşdırılma prosesindən keçirilməsi təklif edilir.

 

Bəs belə bir şey mümkündürmü? Gələcəklə təhsil müəssisələrinin rəhbərləri və direktor müavinləri də sertifikasiyadan keçirilə bilərmi?

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bunun gözlənilən olduğunu qeyd edib:

 

“Gələcəkdə təhsil sisteminin bütün işçiləri müəyyən sertifikasiyadan keçəcəklər Sadəcə bu prosesin tam olaraq tarixi məlum deyil. Ümumi yanaşma bundan ibarətdir ki, bütün təhsil işçilərinin keyfiyyətləri sertifikasiya yolu ilə qiymətləndiriləcək. Həmçinin bu proses tədqiqat xarakteri daşıdığı üçün   boşluqlar üzə çıxmış olacaq. Boşluqlara uyğun ehtiyaca yönəlik xüsusi inkişaf  təlimlər təşkil olunacaq”.

 

Qoşqar Məhərrəmov

 

"Bütün direktorlar sertifikasıya prosesindən keçməlidir və keçəcək"

 

“Bu proses təhsil işçilərini mütaliəyə, peşəkar inkişafa yönəldəcək. Mən düşünürəm ki, sertifikasiya prosesi vacibdir və bu proses daha geniş formada inkişaf etməlidir”.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları