
2022-05-25 16:02:00
Selçuk Bayraktara AzTU-nun fəxri doktroru adı verilib-FOTOLAR
Mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələrini inkişaf etdirdiyini də diqqətə çatdırıb.
Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib.
Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib.
Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrini xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib.
Qeyd edək ki, Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib. Bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır. Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb.





Bu bölməyə aid digər xəbərlər
Tarix dərslikləri məlumatları təhrif edir-Müəllimdən İRAD
2022-06-26 15:47:00
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat aparılır
2022-06-26 13:58:00
Hava necə olacaq?
2022-06-26 11:59:00
Türk Dünyası Elmi Strateji Araşdırmalar Mərkəzinin beynəlxalq konfransı keçirilib
2022-06-26 11:52:00
Hər 1 saatdan bir 1 stəkan su için Alimlərdən ŞOK
2022-06-26 10:00:00
"İlin gənc müəllimi-2022" müsabiqəsinə qeydiyyat üçün son bir neçə gün -YEKUN TARİX
2022-06-25 13:26:00
Tarix dərsliklərinin konsepsiyası kökündən dəyişməlidir-İRAD
2022-06-24 17:28:00
Mədinə İslam Universiteti Ginnesin Rekordlar Kitabına düşüb
2022-06-24 17:13:00
"Bakıda tələbələrin zəhərlənməsi ilə bağlı yayılan məlumat yalandır"-AQTA
2022-06-24 16:58:00
Tarix dərsliklərində ciddi problemlər var, məlumatlar internetdən kopyalanır-Müəllimdən İRAD
2022-06-24 15:58:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-06-21 10:00:00
Məktəblərdə bu qədər fənn çıxarılmalı, saatlar xeyli azaldılmalıdır - Faydalı təklif

2022-06-20 10:08:00
“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva

2022-06-22 08:28:00
Pedaqoji fəaliyyətlə məşğul olma qaydasında dəyişiklik edilib

2022-06-20 12:10:00
Uşaq bağçalarına qeydiyyat başlayır-BU TARİXDƏ

2022-06-23 09:28:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2022-06-23 13:34:00
“Müəllimlər maaşın ümidinə qalsalar, çətinliklə yaşayarlar” –Repetitorluq problemi

2022-06-23 11:00:00
Nazirlik orta məktəblərdə direktor təyinatlarına başladı -Qaydalar dəyişdi

2022-06-22 09:00:00
Sertifikasiya yalnız bu halda müəllimlərin işinə son qoyacaq - Nadir İsrafilov

FACEBOOK