Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 11:04:00
DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə mayın 22-də keçirdiyi imtahan protokolları və materiallarının emalına bu gündən başlanılır.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulurdu.