Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 14:23:00
Deputatlar hansı problemləri müşahidə edir?-Repetitor,hicab,rusdilli məktəblər..-AzEdu-da müzakirə 

12 may tarixində AzEdu təhsil portalının təşkilatçılığı ilə Milli Məclisin Elm və Təhsil Komitəsii və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib

 

AzEdu.az görüş zamanı deputatların toxunduğu və təhsil sahəsini əhatə edən əsas problemləri təqdim edir.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı son vaxtlar rusdilli məktəblərlə bağlı yaranan məsələlərə münasibət bildirib:

 

“Ölkəmizdə rus deyil, rusdilli məktəblər mövcuddur. Bu tip  təhsil müəssisələri  tarixnən mövcudluğunu qoruyub və hazırda da fəaliyyət göstərməkdədir”.

 

Deputat Kamilə Əliyeva repetitor probleminin hazırda aktual olan məsələlərdən biri olduğöunu qeyd edib:

 

“Təcrübə göstərir ki, ucqar kəndlərdə yaşayan bir çox abituriyentlər heç bir hazırlığa getmədən yüksək nəticə əldə edib və ali məktəblərə daxil olub. Bu kimi halların artması üçün məktəblərdə yuxarı sinif şagirdləri üçün dərslərin keyfiyyəti yüksəldilməlidir”.

 

Deputat həmçinin, son zamanlar artan intihar hallarının səbəbini bu kimi məlumatların mediada çox yayılması ilə əlaqələndirib:

 

 

“Mətbuat intihar hallarını çox yayımlayır, lakin hər kəsin psixologiyası eyni deyil. Hər məlumat insanlara fərqli təsir edir. Ona görə də bu mövzuya həssas yanaşmaq lazımdır”.

 

Ceyhun Məmmədov son vaxtlar müəllimlərin daimiləşmə müsabiqəsində hicab məsələsinə görə müsahibələrdən kəsilməsi iddiasına münasibət bildirib:

 

“Ölkədə hər kəsin konustitusion olaraq  təhsil almaq və çalışmaq hüququ var, bunun hansısa yolla sıxışdırılması düzgün deyil. Ona görə də bu kimi mənfi hallar olduqda onun qarşısı hüquqi yolla alınmalıdır”.

 

Musa Qasımlı qeyd edib ki, hazırda tarix dərslikləri bərbad vəziyyətdədir:

 

“Tarix dərslikləri ilə bağlı ciddi problemlər var. Bunun qarşısı alınmalıdır. Belə ki, tarix bizim əsas fənnimizdir və insanların yetişməsində xüsusi rol oynayır”.

 

Ceyhun Məmmədov söyləyib ki, son vaxtlar məktəblərdə xoşagəlməz videolar yayılır, lakin bu, düzgün deyil.

 

“Belə hallar müəllimin nüfuzunu aşağı salır, ona görə də bu tipdə görüntülər yayılmamamlıdır, şagirdlər həmin görüntüləri gördükdə müəllimə olan hörmətlərini itirirlər”.

 

Deputat həmçinin qeyd edib ki, təhsil sahəsində marifləndirmə işinə ehtiyac var:

 

"Son illər təhsil sahəsində baş verən neqativ hallara görə müəllim və şagirdlər arasında ciddi marifləndirmə işinə ehtiyac var. Ona görə də təhsil sahəsində təmsil olunan şəxslər ciddi şəkildə bu işin üzərinə düşməli və özlərini inkişaf istiqamətinə yönəlməlidir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları