https://www.zirve.edu.az/
11.03.2018 08:14
Kurikulumdan sonra şagirdlərin dərsi qavrama qabiliyyətləri aşağı düşüb"- Tanınmış şairədən etiraz
Çap et

Bugün 27 bölgədə 9-cu sinif şagirdlərinin buraxılış imtahanları keçirilir.İmtahanda 39496 şagirdin iştirakı nəzərdə tutulur. Bakıda təhsil alan şagirdlər üçün keçirilən ilk imtahandan sonra şagird və müəllimlər arasında yaranan bəzi narazılıqlar hələ də davam edir. 

Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şairə  Kamalə Abıyeva AzEDU.az-a açıqlamasında şagirdlərin biliklərinin cəmi 2 fənndən qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb:

28833260_1667645603272893_642062303_n.jpg
“Azərbaycan dilindən tərtib olunan sualların içərisinə ədəbiyyat fənni ilə əlaqədər suallar əlavə olunmur. Düşünürəm ki, bu fənnlə bağlı sualların tərtibi vacib məsələlərdən biridir. İmtahanlarda şagirdlərin göstərdiyi nəticə isə ümumilikdə qənaətbəxş hesab olunmur. 

Kurikulum sistemi tətbiq olunandan sonra şagirdlərin dərsi qavrama qabiliyyətləri aşağı düşüb. Bir sözlə, qaydalar elə tətbiq olunmalıdır ki, şagirdlər mövzunu tam mənimsədikdən sonra imtahana buraxılsınlar”.

Nəzrin Rüstəmova        

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları