
2018-03-11 06:38:24
"DİM ali məktəblərin etməli olduğu bu işi özü görəcək"- EKSPERT
Azərbaycanda müəllim kimi fəaliyyət göstərən və müəllimlik ixtisasına qəbul olunan şəxslərin sayı durmadan artır. Onların ixtisaslı, peşəkar kadr kimi hazırlanması isə əsas məsələlərdən biridir.
Təhsil eksperti Kamran Əsədov AzEDU.az-a açıqlamasında bildirib ki, Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (DİM) xüsusi rolu var:
“Məhz repetitor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayırlar. Amma repetitorluqla məşğul olmayan müəllimlər bütün bunların az hissəsini edir. DİM indi də yeni standartlar əsasında müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb. Bu təlimlər 100 manatdır. Əslində, normal qiymətdir. Əsas qəbul imtahanlarında hansı standartlardan istifadə olunacağı və qiymətləndirmə meyarları kimi vacib nüanslar təlim iştirakçılarına öyrədiləcək.
Qısası, əslində ali təhsil müəssisələrində öyrədilməli olanı DİM öyrədəcək.
Çünki orta məktəb müəllimləri bu standartların tələblərinə uyğun demək olar ki, tədrisi qura bilmir və ya düzgün tətbiq etmir. Pedaqoji kadrların hazırlanması ilə məşğul olan universitetlər kurikulum barədə ya dərs keçmir, yada işini ancaq standartları əzbərlətməklə bitmiş hesab edir”.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
AzTU-da yeni təyinat
2022-08-08 17:08:00
ADNSU-da magistratura üzrə boş qalan yerlərə qəbul aparılır
2022-08-08 15:15:00
UNEC tələbələri Kapital Bankda Yay təcrübə proqramına başlayıblar
2022-08-08 13:26:00
AzTu-da təkrar ali təhsilə sənəd qəbulu davam edir
2022-08-08 12:41:00
AzTU Türk Standartları İnstitutu ilə əməkdaşlığı davam etdirir
2022-08-08 11:57:00
UFAZ-a qəbul imtahanı nəticələri bu tarixdə AÇIQLANACAQ
2022-08-08 10:39:00
AzTu “SABAH” qruplarının tələbələri mükafatlandırılıb
2022-08-07 16:21:00
AzTU Türkiyənin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı genişləndirir
2022-08-07 11:27:00
UNEC-də təkrar ali təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb
2022-08-07 10:29:00
UNEC-in komandası “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək
2022-08-06 17:34:00
kitabı
ÇOX OXUNANLAR
2022-08-02 11:12:00
Bağçalarda yalnız bu ixtisası bitirənlər işləyə bilərlər - İşəqəbul qaydaları

2022-08-05 16:11:00
Müəllimlərin sertifikasiyası keçirilməyəcək? – Nazirlikdən vacib açıqlama

2022-08-02 12:28:00
I qrup üzrə ən aşağı keçid balı olan ixtisaslar–Abituriyentlər üçün vacib

2022-08-02 11:03:38
Bağçalara işə qəbul üzrə qeydiyyat AKTİVLƏŞDİ-SON TARİX

2022-08-03 17:15:00
Bağçalarda işəqəbulda keçid balı nə qədər olmalıdır?-Detallar

2022-07-29 16:39:00
MİQ imtahanın nəticələri AÇIQLANDI

2022-08-02 11:25:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı AÇIQLANDI

2022-07-30 16:01:00
Yeni təyinat olacaq? – Emin Əmrullayevlə bağlı RƏSMİ AÇIQLAMA

FACEBOOK