Avqustun 12-13-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə olacağı proqnozlaşdırılır.
AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Qurumun yaydığı məlumatda qeyd olunub ki, avqustun 12-də və 13-də Günəşdə partlayış aktivliyi ümumilikdə zəif olsa da, M sinfinə daxil olan partlayışların qeydə alınması mümkündür.
Rentgen şüalanmasının güc göstəricilərindən asılı olaraq Günəş partlayışları beş müxtəlif sinfə təsnif edilir: A, B, C, M və X. Ən aşağı olan A0.0 sinfi Yerin orbitində kvadrat metrə 10 nanovat şüalanma gücünə bərabərdir. Təsnifatda hər sonrakı hərfə keçid şüalanma gücünün 10 dəfə artması deməkdir. Bu cür partlayışlar çox zaman Günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarının yaranmasına səbəb ola bilir.