Ali təhsil sistemində şəffaflığın artırılması və akademik mühitin yenidən tənzimlənməsi istiqamətində sərt addımlar atılır.
AzEdu.az xəbər verir ki, ABŞ-nin ali təhsil qurumlarına qarşı irəli sürülən yeni tələblərə əsasən, bütün universitetlərin ilin sonuna qədər akademik islahatlar aparması, söz azadlığı və təşkilati şəffaflıqla bağlı ciddi öhdəliklər götürməsi tələb olunur.
Təhsil rəsmiləri bu təşəbbüsün universitetlərdə fikir plüralizmini qorumaq, kampüslərdəki ictimai müzakirə mühitini sağlamlaşdırmaq və idarəetmədə hesabatlılığı artırmaq məqsədi daşıdığını bildirirlər. Yeni mexanizmlərin tətbiqi ilə bağlı nəzarətin gücləndiriləcəyi və şərtləri yerinə yetirməyən qurumların maliyyələşmə mexanizmlərinə yenidən baxılacağı istisna edilmir.