Azedu.az

500 bal toplayan qız abituriyentlərə şad xəbər

Ali təhsil

12 Avqust 2026, 15:07
500 bal toplayan qız abituriyentlərə şad xəbər

Bakı Slavyan Universiteti bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət təklif edir.

AzEdu.az xəbər verir ki, BSU bölgələrdə yaşayan və yüksək nəticə göstərərək müəllimlik peşəsini seçən qızların ali təhsil arzularına dəstək olmaq məqsədilə “Regionlardan qəbul olan qızlar üçün” daxili təqaüd proqramı elan edir. 

Proqram çərçivəsində:

- Təqaüd proqramında qeyd olunan bölgələrdən olan;

- Bakı Slavyan Universitetinin müəllimlik ixtisaslarına qəbul olan;

- 500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə təqaüd veriləcək.

Qeyd olunur ki, bu proqram yalnız təhsil dəstəyi deyil, regionlardan olan istedadlı gənclərin gələcəyinə və müəllimlik peşəsinin inkişafına verilən dəyərin göstəricisidir.

Rusiyada BÖHRAN! Əhaliyə xəbərdarlıq - Maşın sürməyin!
Son xəbərlərDaha çox