Azedu.az

BMU-da müasir laboratoriyalar: keyfiyyətli təhsil və uğurlu karyera

Ali təhsil

12 Avqust 2026, 12:25
BMU-da müasir laboratoriyalar: keyfiyyətli təhsil və uğurlu karyera

Bakı Mühəndislik Universiteti (BMU) ölkənin ali təhsil müəssisələri sırasında müasir elmi-tədqiqat və tədris infrastrukturu ilə seçilir.

AzEdu.az xəbər verir ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə laboratoriyaların maddi-texniki bazasının davamlı olaraq gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Müasir laboratoriya infrastrukturu tələbələrə gələcək peşə fəaliyyətinə yüksək hazırlıq səviyyəsi ilə başlamaq imkanı yaradır ki, bu da universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətinin artırılmasında mühüm rol oynayır.

Son illərdə bu yöndə görülən tədbirlər çərçivəsində universitetdə yeni laboratoriyalar yaradılaraq istifadəyə verilib. Bunlar sırasında Kibertəhlükəsizlik, Biotexnologiya, Kompüter, Süni intellekt və data elmləri, Şəbəkə və sistem təhlükəsizliyi, Yusif Məmmədəliyev adına Üzvi sintez və materialşünaslıq, Aqrokimyəvi analizlər, Materialşünaslıq və digər prioritet istiqamətləri əhatə edən laboratoriyalar yer alır. 

Hazırda BMU-da müxtəlif elm və mühəndislik sahələrini əhatə edən ümumilikdə 20-dən çox müasir laboratoriya fəaliyyət göstərir. Bunlara kompüter laboratoriyaları, mexanika mühəndisliyi laboratoriyaları, elektronika və informasiya-kommunikasiya texnologiyaları laboratoriyaları, kimya və kimya mühəndisliyi laboratoriyaları, biotexnologiya, mikroskopik tədqiqatlar və mikrobiologiya laboratoriyaları, fizika laboratoriyası və digər ixtisaslaşmış laboratoriyalar daxildir. Müasir avadanlıqlarla təchiz edilmiş bu laboratoriyalar tədris prosesinin praktiki komponentinin gücləndirilməsinə, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və innovativ layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.

Ötən 2 ildə Mexanika mühəndisliyi laboratoriyalarının müasir tələblərə uyğun yenidən qurulması, mövcud avadanlıqların bərpası və funksional vəziyyətə gətirilməsi istiqamətində kompleks tədbirlər gerçəkləşdirilib. Burada Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxili yanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səsə nəzarət, Dağıdıcı olmayan sınaq üsulları, Layihələndirmə və uyğun modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunan enerjilər laboratoriyaları fəaliyyət göstərir. Bu infrastruktur tələbələrin layihə əsaslı təhsil almasına, müasir mühəndislik avadanlıqları ilə işləməsinə və elmi-tədqiqat fəaliyyətində iştirakına geniş imkanlar yaradır.

BMU-da laboratoriya infrastrukturunun davamlı şəkildə modernləşdirilməsi universitetin strateji inkişaf prioritetlərinin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə görülən sistemli işlər əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verir. Eyni zamanda tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, beynəlxalq standartlara uyğun peşə kompetensiyalarının formalaşdırılmasına imkan yaradır, tədqiqatçılar üçün elmi araşdırmaların aparılması, innovativ layihələrin icrası, eləcə də sənaye ilə əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli elmi mühit formalaşdırır.

Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...
Son xəbərlərDaha çox